Davudoğlu Ərdoğanla belə vidalaşdı - VİDEO


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əhməd Davudoğlunu baş nazir postunda sonuncu dəfə qəbul edib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəzifəsindən istefa verən Davudoğlu prezident Ərdoğanla vidalaşmaq üçün onun görüşünə gəlib.

Davudoğlu vəzifədən getsə də, Ərdoğanla dostluq münasibətlərini davam etdirəcəyini deyib, ona işlərində uğurlar arzulayıb.

Bundan əlavə Davudoğlu AKP-nin baş nazir postuna namizədi olan Binəli Yıldırıma zəng edərək onu təbrik edib.

Qeyd edək ki, Davudoğlu gözlənilmədən vəzifəsindən istefa verib. AKP-nin mayın 22-də keçiriləcək fövqəladə qurultayında ölkənin yeni baş naziri məlum olacaq.

[media=https://www.youtube.com/watch?v=TkhtDB1K6WY]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu