Vladimir Putin İstanbula getməkdən imtina etdi


Mayın 23-24-də İstanbulda keçiriləcək Birinci Beynəlxalq Humanitar Forumuna dəvət almış Rusiya prezidenti Vladimir Putin Türkiyəyə getməkdən imtina edib.


Virtualaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu İstanbul səfərinin Putinin iş qrafikində nəzərdə tutulmaması ilə əlaqələndiurib. “Rusiya tədbirdə başqa səviyyədə təmsil olunacaq”, - Peskov əlavə edib.

“Sadəcə olaraq, prezidentin iş qrafikində bu səfər nəzərdə tutulmayıb, təəssüf ki, qrafikdə bu səfərə yer yoxdur, buna görə də, Rusiya başqa səviyyədə təmsil olunacaq”, - jurnalistin Putinin İstanbuldakı foruma qatılıb-qatılmayacağı ilə bağlı sualına Peskov belə cavab verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu