Türkiyə daha 2 şəhid verdi - 8 polis yaralandı


Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda təhlükəsizlik qüvvələri terror hücumuna məruz qalıb.

Hadisə nəticəsində 2 təhlükəsizlik xidməti əməkdaşı şəhid olub.

PKK terror qruplaşması tərəfindən kustar üsulla hazırlanmış bombanın partladılması nəticəsində yaralananlardan biri polis işçisi Nusaybin Dövlət Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Terror hadisəsi zamanı daha 8 polis əməkdaşının yaralandığı bildirilir.

Mayın 19-da baş verən terror hadisəsi zamanı isə 1 nəfər həlak olub. Terrorçulara qarşı əməliyyatların aparıldığı Yenişəhər məhəlləsində PKK terrorçularının qurduğu tələdə kustar üsulla hazırlanmış bomba bu gün günorta saatlarında partladılıb.

Nusaybində qazılan xəndəklərin örtülməsi, barrikadaların yığışdırılması və PKK terrorçularının zərərsizləşdirilməsi üçün 14 martda başladılan küçəyə çıxmaq qadağasından sonra bölgədə ciddi əməliyyatlar aparılır.


Anspress.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu