Türkiyənin Liviyadakı səfirliyi yenidən açılır


Türkiyənin Liviyanın paytaxt Tripolidə səfirliyi yenidən fəaliyyətə başlayacaq.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu səfirliyin yenidən fəaliyyətə başlaması ilə əlaqədar mayın 30-da Liviyaya səfər edib.

Məlumata görə, türkiyəli diplomat səfər çərçivəsində 2016-cı il martın 30-da razılaşma əsasında yaradılan Liviya Milli Barışıq Hökuməti Sədrlər Şurasının başçısı Fayez Mustafa əl-Sarraj və xarici işlər naziri Məhəmməd Tahir Siyala ilə görüşəcək.

Qeyd edək ki, 2014-cü ildə təhlükəsizliklə bağlı vəziyyət pisləşdiyindən Türkiyənin Liviyadakı səfirliyinin əməkdaşları ölkədən təxliyə edilmiş, diplomatik qurum bağlanmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu