Ərdoğan Merkelə nə dedi?


Almaniya 1915-ci il hadisələrinə görə Türkiyə ilə münasibətlərini qurban verməməlidir.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə tarixində heç vaxt erməni soyqırımı olmayıb.

R.T.Ərdoğan deyib ki, bu gün həmin məsələni Almaniya kansleri Angela Merkellə müzakirə edib.

Xatırladaq ki, iyunun 2-də Almaniya parlamenti 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan qətnamə qəbul etmək niyyətindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu