“Taliban” Əfqanıstanda 17 nəfəri girov götürdü


“Taliban” radikal hərəkatının silahlıları Əfqanıstanın şimalındakı Sari-Pul əyalətində avtobusa hücum edərək 17 sərnişini girov götürüblər.


Virtualaz.org “TOLO News” telekanalına istinadən xəbər verir ki, hadisə dünən axşam baş verib.

“Oğurlanmış şəxslərin hökumətə heç bir aidiyyatı yoxdur. Taliblər qadın və uşaqları sərbəst buraxıblar”, - bunu əyalətin qubernatorunun nümayəndəsi Zəbihulla Əmani deyib. O əlavə edib ki, polis oğurlanaraq aparılmış kişilərin axtarışına başlayıb. Onların aparıldığı yer barədə məlumat yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu