Erməni əsgəri zabit güllələyibmiş


Bir neçə gün əvvəl təmas xəttində ölən erməni əsgər Xoren Arutyunyanın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Arutyunyan öz əsgər yoldaşı tərəfindən öldürülüb. İstintaq nəticəsində məlum olub ki, əsgəri öldürən kiçik zabit A.Xaçatryan olub. Onun silahla ehtiyatsız davaranma nəticəsində Arutyunyanı öldürdüyü iddia edilir.

İstintaq davam edir.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan-Ermənistan təmas xəttində 1997-ci il təvəllüdlü erməni əsgər Xoren Arutyunyanın ölməsi barədə məlumat yayılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu