Həbs olunan erməni general xəstəxanalıq oldu


Vəzifədən sui-istifadə ittihamı ilə iki gün əvvəl həbs olunan Ermənistan Müdafiə Nazirliyinin silahlanma idarəsinin rəisi, general-mayor Melsik Çilingəryan xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, iyunun 3-də İrəvan məhkəməsi mayın 30-da saxlanılan yüksək rütbəli hərbçilərə qarşı həbs-qətimkan tədbiri seçib.

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin sabiq silahlanma idarəsinin rəisi, general-mayor Melsik Çilingəryan, silahlı qüvvələrin maddi-texniki departamentinin şöbə rəisi, polkovnik Mqer Papyan və polkovnik Armen Markaryan vəzifələrindən sui-istifadə etməkdə təqsirli biliniblər.

Bildirilir ki, adıçəkilən şəxslər vəzifələrindən sui-istifadə edərək ordunun ehtiyacları üçün müxtəlif malları bazar qiymətlərindən baha əldə edib, bir neçə hallarda isə tələb olunmayan mallar alıblar. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu