Ərdoğandan Məhəmməd Əli mesajı...-FOTO


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parkinson xəstəliyindən həyatını itirən əfsanəvi boksçu Məhəmməd Əli üçün şəxsi “Twitter” hesabından mesaj paylaşıb.

Prezident Ərdoğan Məhəmməd Əlinin dünyasını dəyişməsi ilə bağlı bunları yazıb: “Dünən əbədiyyətə qovuşan Məhəmməd Əli milyonların qəlbini fəth edən böyük bir idmançı və gözəl insan idi”.

Məşhur idmançının daim irqçiliyə qarşı vuruşduğunu qeyd edən Türkiyə dövlət başçısı yazıb: “Məhəmməd Əlinin ömrü boyu irqçiliyə və ayrı-seçkiliyə qarşı verdiyi azadlıq mübarizəsi heç zaman unudulmayacaq”.

Sonda R.T.Ərdoğan “Əzmi, cəsarəti, qərarlılığı bütün insanlığa ilham qaynağı olan Məhəmməd Əliyə Allahdan rəhmət diləyirəm” deyə qeyd edib.

Ərdoğandan Məhəmməd Əli mesajı...-FOTO



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu