İstanbulda törədilmiş terror aktı ilə əlaqədar 4 nəfər saxlanılıb
Türkiyə mətbuatının bildirdiyinə görə, şübhəli şəxsləri İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tutub.
Şübhəlilər İstanbul Polis İdarəsinə aparılıblar.
Qeyd edək ki, hadisə yerli vaxtla səhər saat 8:30-da İstanbul Universitetinin yaxınlığından keçən polis maşınının partlaması nəticəsində baş verib. Partlayışdan sonra odlu silahdan açılan atəş səsləri eşidilib.
İstanbulda törədilən terror aktı nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.