Almaniya Ukraynaya maddi yardım ayırdı


Petro Poroşenko mətbuat konfransında məlumat verib

Almaniya hökuməti yardım proqramı çərçivəsində Ukraynaya 500 milyon avro ayırıb. Afn.az lenta.ru saytına istinadən xəbər verir ki, prezident Poroşenko Almaniya kansleri Angela Merkel ilə birgə keçirdiyi mətbuat konfransının gedişində bu haqda məlumat verib.
Poroşenkonun sözlərinə görə, həmin məbləğdən 200 milyonu ölkənin makroiqtisadi dəstəklənməsinə yönəldiləcək.
Prezident yardımla bağlı sazişin aprelin 1-ə qədər imzalanacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, “bu istiqamətdə effektiv işlər aparılır”.
Ötən həftə məlum olub ki, Ukrayna Beynəlxalq Valyuta Fondundan da 17,5 milyard dollar yardım alacaq. Həmin məbləğdən 10 milyardı Ukraynaya cari il ərzində veriləcək. 5 milyardlıq ilk tranş artıq martın 12-də Kiyevin hesabına köçürülüb.
2014-cü ildə Avropa İttifaqı (Aİ) Ukraynaya 1,36 milyard avro ayırmışdı. Aİ-dən 250 milyon avroluq növbəti yardımın 2015-ci ilin yazında ayrılacağı gözlənilir.
Yanvarın 13-də ABŞ Ukraynaya ümumi məbləği iki milyard dollar – bu əvvəl vəd ediləndən iki dəfə çoxdur – təşkil edən dövlət krediti ayıracağını vəd edib. Bu yardım Kiyevə BVF-nin qaydalarına müvafiq iqtisadi islahatların həyata keçirilməsi müqabilində veriləcək.
Ötən il ölkənin xarici borcu 30 milyard dollara çatıb ki, bu da Ukrayna ÜDM-nin dörddə birinə bərabərdir. Ukraynanın baş naziri Arseni Yatsenyuk 2015-ci ildə Kiyevin bu borclar üzrə 11 milyard dollar ödəməli olduğunu bəyn etmişdi. Ölkənin qızıl-valyuta ehtiyatları isə hazırda 5,6 milyard dollar təşkil edir.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu