Rusiya Ermənistanın hava məkanını gücləndirir


Rusiya hazırda Ermənistan hava hücumundan müdafiə (HHM) qüvvələrinin sərəncamında olmayan imkanları təqdim edəcək.

“Novosti-Armeniya” xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.Ermənistan HHM sistemini Rusiyanın sərəncamına verəcəkmi sualına cavab verərkən Ş.Koçaryan bildirib:

“Bu barədə suallar verilib, bu belə deyil. Rusiya ilə razılaşma Ermənistanı əhatə edən ərazini ətraflı müşahidə etmək imkanıdır. Həm də Rusiya texnikası hazırda Ermənistan HHM qüvvələrinin sərəncamında olmayan imkanları təqdim edəcək. Analoji müqavilələr KTMT ərazisində - Rusiyanın Belarus və Orta Asiya ilə əməkdaşlıq etdiyi qərb zonasında qüvvədə olacaq”.

Erməni HHM qüvvələrinin lazım olduqda komanda verə bilməyəcəyi bir vəziyyətin mümkünlüyünə dair suala cavab verən Ş.Koçaryan bildirib: “Ölkənin qüvvələrinə komandanlıq hüququ Ermənistana məxsusdur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu