Əcnəbilərə Ukrayna ordusunda xidmət etməyə icazə verildi


Ukrayna prezidenti Pyotr Poroşenko “Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Ukrayna Silahlı Qüvvələrində hərbi xidmət keçməsi qaydaları”nın təsdiqlənməsi ilə bağlı sərəncam imzalayıb.

TASS xəbər verir ki, bu barədə Ukrayna prezident administrasiyasının mətbuat xidmətindən bildirilib.

Qaydaların qüvvəyə minməsi xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinin qorunması üçün könüllülük əsasında, vicdanla Ukrayna Silahlı Qüvvələrində borclarını yerinə yetirməsinə imkan verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu