Klinton Trampı 11% qabaqlayır


Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton rəqibi Respublikaçı Donald Trampı qabaqlayır.

Bunu "Ipos" şirkətinin "Reuters" agentliyi ilə birgə prezident seçkilərində potensial seçicilər arasında apardığı onlayn-sorğunun nəticələri göstərir.

H.Klintonu sorğuda iştirak edənlərin 46%-i dəstəkləyir, 34,8% seçici isə Trampa səs verir. Beləliklə, Klintonun reytinqi Trampın reytinqindən 11% çoxdur. Sorğunun nəticələrinə görə, 19,2% insan heç bir namizədi dəstəkləmir.

Tədqiqat xətası ən çox 3,2% təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu