Klinton və Şvartsenegger selfi çəkdirdilər


Sosial şəbəkə istifadəçiləri Məşhur aktyor və Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartseneggerin və ABŞ-ın keçmiş prezidenti Bill Klintonun Məhəmməd Əlinin dəfnində gülərək şelfi çəkdirmələrini birmənalı qarşılamayıblar.

Şvartsenegger özünün Twitter mikrobloqunda şəkli paylaşaraq yazıb: “Məhəməd Əlinin şərəfinə fantastik nitq söyləmiş dostum prezident Bill Klintonla görüşmək əla idi”.

Lakin tvitin altında Arnold Şvartseneggerin izləyiciləri hiddətli şərhlər yazıblar. “Deyəsən. Dəfn sizin üçün nəsə şən tədbirdir”, “Necə də xoşbəxt simalardır. Ümid edirəm ki, heç olmasa rəqs etməmisiniz”, “Uşaqlar, sonra şənliyinizi necə davam etdirdiniz?” - bunlar qəzəbli şərhlərdən bir neçəsidir. (Virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu