Putin Rusiya ordusunun hərbi hazırlıq vəziyyətini yoxlayır


Bu gün Rusiya Silahlı Qüvvələrində prezident Putinin tapşırığı ilə döyüş hazırlığının əvvəlcədən xəbərdarlıq edilmədən yoxlaması başlayıb.


Virtualaz.org-un RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu selektor müşavirəsində bildirib.

"Döyüş və mobilizasiya hazırlığını qiymətləndirmək üçün Silahlı Qüvvələrin Ali Baş Komandanının qərarına uyğun olaraq, bu gün səhər saat 7-dən növbəti qəfil yoxlama başlayıb. Bir sıra silah və texnika saxlama anbarları, eləcə də bəzi hərbi idarə orqanları yoxlanılacaq", - Şoyqu qeyd edib.

Nazir onu da bildirib ki, yoxlamalar iyunun 22-dək davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu