Türkiyə Rusiya ilə münasibətləri normallaşdırmaq üçün 9 addımlıq "yol xəritəsi" müəyyənləşdirib


Türkiyə Rusiya ilə münasibətləri normallaşdırmaq üçün 9 addımlıq "yol xəritəsi" müəyyənləşdirib.


"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, qarşılıqlı addımlar atılmasını planlaşdıran Ankara Türkiyə və Rusiya arasında vasitəçilik edəcək ölkənin olmasını istəmir.
Xəbərdə bildirilib ki, münasibətlərin əvvəlki səviyyədə bərpası üçün son müddət kimi 2016-cı il dekabrın 15-i seçilib.
Türkiyənin Rusiya ilə əlaqələri bərpa etmək üçün atmağı planlaşdırdığı addımlar bunlardır:
1. Avqustun 15-dək münasibətlər normallaşmalı və üst səviyyəyə qalxmalıdır;
2. Dekabradək sürəcək 6 aylıq prosesin ilk üç ayında rəsmi Ankara Rusiyada keçiriləcək bütün toplantılara uyğun nazirliklər səviyyəsində qatılacaq;
3. Sentyabrın 1-dək dəyən ziyanın miqdarı müəyyənləşməlidir;
4. İki ölkə əhalisi arasında əvvəlki münasibətlərin yaranması üçün kütləvi infromasiya vasitələrinin yardımı ilə əlaqələrin quruluması prosesi həyata keçirilməlidir;
5. İctimai diplomatiyadan istifadə edilməlidir;
6. Orta Şərq (Suriya) məsələsində fəaliyyət əlaqələndirilməlidir;
7. Rusiya ilə əlaqələrin bərpası prosesində iştirak edəcək qurumların təmsilçilərindən ibarət İşçi qrup yaradılmalıdır;
8.Türkiyədəki TÜSİAD (Türk Sənayeçiləri və İş adamları Dərnəyi) kimi təşkilatlarla birlikdə əlaqlərin qurulmasına dəstək verilməlidir;
9. Vasitəçi ölkəyə ehtiyac yoxdur.
Türkiyə Rusiya ilə əlaqələrin bərpası prosesində vasitəçi ölkə istəməmək məsələsində İsraillə əlaqələrdə yaranmış durumu əsas götürüb. Çünki Ankara hesab edir ki, vasitəçi olmasaydı, Türkiyə ilə İsrail münasibətləri daha tez bərpa olunardı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu