Torpaq sürüşməsi 24 nəfərin həyatına son qoydu


İndoneziyanın Yava adasından baş verən torpaq sürüşməsi nəticəsində 24 nəfər həlak olub 26 nəfər itkin düşüb.

Hazırda xilas edicilər 26 nəfərin axtarışı və xilas edilməsi istiqamətində işlər görür.

Artıq bir neçə gündür davam edən güclü yağışlar nəticəsində bölgədə minlərlə ev su altında qalıb. Hökumət əhalini ərazidən evakuasiya edib.

Əhali sel sularından xilas olmaq üçün evlərin damına çıxıb. Kəndlərin birində 5 nəfər baş verən sürüşmə nəticəsində evlə birlikdə torpağın altında qalıb.

Başqa bir rayonda isə 9 nəfər sakin yolları palçıq və qaya parçalarından təmizləyərkən torpaq sürüşməsinin qurbanı olub.

İndoneziyada torpaq sürüşməsi tez-tez baş verir. Bu ilin mayında ölkənin qərbində yerləşən istirahət mərkəzinə tətili keçirmək üçün gələn 15 tələbə çadırları ilə bərabər torpağn altında qalaraq həlak olub. (Anspress.com)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu