​Roma Papası Ermənistana məktubunda "soyqırım" ifadəsi işlətməyib


"Atalarınızın yaşadığı faciəyə görə kədərləndiyimi bildirirəm".


"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Roma Papası I Frantsisk Ermənistana göndərdiyi məktubda qeyd edib.
Roma Papası məktubunda 1915-ci ilin aprelində Osmanlı dövlətində baş verən hadisələrə də toxunub və İsa peyğəmbərin işgəncələrə məruz qalmasından bəhs edib. O, bu kimi hadisələrin tarixdə olduğunu vurğulayıb. I Frantsiski ermənilərin də belə işgəncələrdən qurtularaq, dirçəldiyini bildirib: "Atalarınızın yaşadığı faciədən kədərləndiyimi bildirirəm".
Xatırladaq ki, 2015-ci il ilin aprelində Roma Papası 1915-ci il hadisələri ilə bağlı Vatikanda keçirilən mərasimdə demişdi: "20-ci əsrin ilk soyqırımı ermənilərə qarşı edilib".
Qeyd edək ki, Roma Papası iyunun 23-də Ermənistana səfər edəcək. Onun Azərbaycan və Gürcüstana isə bu il sentyabrın sonu-oktyabrın əvvəlində gələcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu