Ərdoğan üzr istəməyib: Türkiyədən rəsmi açıqlama


Rusiya prezident adminstrasiyası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinə məktub yazdığını və 1 il öncə vurulan rus hərbi təyyarəsinə görə üzr istədiyini bildirib.

Bu haqda Kremlin sözçüsü açıqlama verib.

"Ərdoğan Putinə məktub yazaraq kədərlərini dilə gətirdi. Ərdoğan, Rusiya ilə münasibətlərin normallaşması üçün əlindən gələni edəcəyini deyib. Türkiyə prezidenti Putinə məktubunda pilotun ailəsinə baş sağlığı verərək, üzr istəyib. Məktubda eyni zamanda Rusiya- Türkiyə münasibətlərinin normallaşması perespektivi haqqında da yazılıb."

Türkiyə prezidentinin baş müşaviri İbrahim Kalın isə "üzr istəmə" iddialarını yalanlayıb.O, Ərdoğanın Putinə məktub yazdığını və vurulan təyyarənin pilotunun ailəsinə baş sağlığı verdiyini deyib.

"Məktubda belə yazılıb: Həyatını itirən politun ailəsinə bir daha başsağlığımı, üzüntümü çatdırmaq istəyirəm" deyə Kalın qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu