Sarkisyan da Ərdoğana başsağlığı verdi


Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı teleqramı göndərib.

Bu barədə Novosti-Armeniya məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Ermənistan prezidenti İstanbul aeroportunda onlarla insanın həlak olması və yüzlərlə adamın yaralanması ilə nəticələnən bu terror aktını pisləyib, Ərdoğana və həlak olanların ailələrinə, yaxınlarına başsağlığı verib, yaralılıarın tezliklə sağalmasını arzulayıb.

Xatırladaq ki, son məlumata əsasən, iyunun 28-də Atatürk aeroportunda baş verən terror aktı nəticəsində 42 nəfər həlak olub, 240 nəfər isə yaralanıb. (Virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu