İstanbul terroruna görə 13 nəfər tutuldu


İstanbul Atatürk Hava limanında törədilən terror aktı ilə bağlı 13 nəfər saxlanılıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda 16 müxtəlif ünvanda keçirilən əməliyyat zamanı 3-ü xarici vətəndaş olmaqla 13 nəfər saxlanılıb.

Hazırda əməliyyat davam edir.

Qeyd edək ki, İstanbulun Atatürk Hava Limanında 3 kamikadzenin törətdiyi terrorda 42 nəfər ölüb, 239 nəfər yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu