Liviya sahillərində miqrant gəmisi batdı: azı 10 ölü
"Report" BBC-yə istinadən xəbər verir ki, gəmi İtaliyaya yan alırmış. İtaliya sahil mühafizə xidmətinin məlumatına görə, ölənlərin çoxu qadındır.
Xəbərdə bildirilib ki, qəzaya uğramış gəmidən yüzdən çox qaçqın xilas edilib.
BMT-nin hesabatına əsasən, 2016-cı ilin əvvəlindən Afrika və Yaxın Şərq ölkələrindən İtaliyaya Aralıq dənizi vasitəsi ilə 64 min qaçqın sığınıb.
Xəbərdə qeyd olunub ki, bu il Aralıq dənizində təxminən 2,5 min nəfər, ötən il 1,8 min nəfər, 2014-cü ildə isə 57 nəfər boğularaq ölüb.