Türkiyədə təlim-məşq təyyarəsi qəzaya uğrayıb


Türkiyədə təlim-məşq təyyarəsi qəzaya uğrayıb. Bu barədə Sinxua agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb.

Təyyarə qəzası Balıkəsir vilayətinin Ayvalık rayonunda baş verib. Həlak olanların hadisə vaxtı təyyarənin göyərtəsində olan təlimatçı və tələbə olduğu bildirilir.

Polis qəzanın başvermə səbəblərini araşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu