Yəməndə baş verən toqquşmalarda 35 nəfər ölüb


Yəmənin paytaxtı Sanada son iki gün ərzində baş verən toqquşmalarda 35 nəfər ölüb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yüzə yaxın yəmənli yaralanıb.

Bundan əvvəl üsyançıların prezident iqamətgahı yaxınlığında iki qvardiyaçını öldürdüyü bildirilirdi. Şəhərdə hökumət qüvvələri və “Ənsar Allah” hərəkatının tərəfdarları arasında döyüşlər davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu