Bağdadda törədilən terror hücumları qurbanlarının sayı 200 nəfəri keçib


Bağdadda törədilən terror hücumları qurbanlarının sayı 200 nəfəri keçib.


"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə İraq rəsmiləri bildirib.
Xatırladaq ki, şənbə gününə keçən gecə partlayıcı ilə dolu avtomobil Əl-Karrada bölgəsində insanların çoxluq təşkil etdiyi yerdə partladılıb. Partlayışa görə, məsuliyyəti üzərinə İŞİD terror qruplaşması götürüb.
Terror hücumuyla əlaqədar ölkədə üçgünlük matəm elan olunub. İraqın Bakıdakı səfirliyində xatirə kitabı açılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu