İranda güclü partlayış: 13 ölü, 11 yaralı


İranda qaz balonunun partlaması nəticəsində 13 nəfər ölüb, daha 11 nəfər xəsarət alıb.

Oxu.az-ın məlumatına görə, hadisə İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri yaxınlığındakı Şorik yaşayış məntəqəsində baş verib.

Partlayışın qızdırıcı sistemdən qaz sızması nəticəsində baş verdiyi bildirilir.

Xəsarət alanlar Təbriz, Urmiya, Tehran və İsfahandakı xəstəxanalara yerləşdirilib.

İranın “Tasnim” agentliyi bildirir ki, zərərçəkənlərin sayının çox olmasının səbəbi yanğınsöndürənlərin hadisə yerinə gec gəlməsi, habelə Xoy şəhərindəki tibb məntəqələrində müvafiq şöbələrin olmaması ilə bağlı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu