Türkiyədə helikopter qəzası- 7 ölü, 8 yaralı (VİDEO+Yenilənib)


Türkiyənin Giresun əyalətində hərbi helikopter qəzaya uğrayıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, helikopterin göyərtəsində əyalətin jandarm rəisi Mustafa Doğru daxil olmaqla 10 nəfər olub.

Qəza zamanı 1 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.

Hadisə yerinə çoxlu sayda xilasedici və təcili yardım maşınları cəlb olunub. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

***

Məlumata görə, helikopter Giresunun Alıcılar mahalının Toxumluq kəndində düşüb. İçində komandirlərin də olduğu 11 hərbçinin helikopterlə Giresunda şəhid ailəsini ziyarətə getdiyi bildirilir.

Qəzaya dumanlı hava şəraitinin səbəb olduğu ehtimal edilir. Hadisə ilə bağlı ölən və yaralılarla bağlı rəsmi məlumat verilməyib.

***

Türkiyənin Giresun vilayətində Hərbi-Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

Helikopterin göyərtəsində 15 nəfərin olduğu bildirilir. Qəzaya qeyri-sabit hava şəraitin səbəb olduğu ehtimal edilir.

Hadisə yerinə xilasetmə qüvvələri və təcili yardım briqadaları cəlb olunub. İlkin məlumata görə, qəza nəticəsində həlak olanlar və yaralananlar var. Zərər çəkənlərin dəqiq sayı açıqlanmır.

***

Türkiyənin Giresun əyalətində “S70” tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb.

Bunu Giresun bələdiyyə rəhbəri Kərim Aksu deyib. Məlumata görə, helikopterin göyərtəsində 15 nəfər - jandarma qüvvələrinin yüksək rütbəli zabitləri, onların həyat yoldaşları və üç uşaq olub. Helikopterdə həmçinin əyalət jandarma rəisi, general Mustafa Doğru da olub.

Ölənlərin ikisi zabit, ikisi onların həyat yoldaşı, ikisi isə uşaqdır. Məlumata görə, nümayəndə heyəti hərbi əməliyyatlarda şəhid olan hərbçilərin ailələrinə baş çəkməyə gedirmiş. Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub. Qeyri-sabit hava şəraitin qəzaya səbəb olduğu ehtimal edilir.

* * *

Son məlumata görə, qəza nəticəsində helikopterdəki 15 nəfərin 7-si həlak olub, 8-i yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb

Qəzaya qeyri-sabit hava şəraitin səbəb olduğu bildirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu