Putin, Merkel və Olland Ukraynanı müzakirə etdilər


Rusiya prezidenti Vladimr Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandarasında telefon danışığı olub.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Ukrayna böhranı müzakirə edilib. Donbasda atəşkəs rejiminin pozulması halları ilə bağlı narahatlıq ifadə olunub. Münaqişə zonasında vəziyyətin daha da gərginləşməsinə imkan verməmək və təmas xəttindən ağır texnikanın geri çəkilməsi məsələsinə daha çox diqqət ayrılıb.

Hər üç lider Minsk razılaşmalarının həyata keçirilməsi üçün danışıqların intensivləşdirilməsinin vacibliyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu