İran raket proqramını inkişaf etdirəcək


İran ölkənin hərbi doktrinasının özülü sayılan raket proqramının inkişafını davam etdirəcək.

Trend "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi bildirib.

Almaniya Kansleri Angela Merkelin İranın raket proqramının BMT-nin qətnaməsinə zidd olduğuna dair bəyanatını şərh edən B.Qasımi deyib: "İran bir daha bəyan edir ki, öz müdafiə doktrinalarına və milli təhlükəsizlik hesablamalarına söykənərək, tam gücü ilə raket proqramını inkişaf etdirməyə davam edəcək. Bu kimi bəyanatlar ölkənin raket proqramına qanuni haqlarına təsir etməyəcək".

Xatırladaq ki, bu günlərdə A.Merkel mart ayında İran tərəfindən keçirilən ballistik raketlərin sınaqlarının BMT-in qətnaməsinə uyğun olmadığını bəyan edib. Qətnaməyə əsasən, İran nüvə daşıyıcısı olan raketlərin hazırlanmasından imtina etməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu