Tereza Mey Britaniyanın baş naziri təyin edildi


Mühafizəkarlar partiyasının lideri Tereza Mey rəsmi olaraq Böyük Britaniyanın Baş naziri təyin edilib.

Tereza Meyin bu vəzifəyə təyinatı Bukinqam sarayında Kraliça II Elizabet tərəfindən qəbul edildikdən sonra onun sərəncamı ilə rəsmiləşib.

Tereza Mey hazırkı Kraliçanın hakimiyyətdə olduğu dövrdə artıq Britaniyanın 13-cü baş naziridir.

Bundan öncə isə Böyük Britaniya kraliçası II Yelizaveta Devid Kemeronun istefasını qəbul edib. Artıq sabiq baş nazir Bukinqem sarayını tərk edib.

Xatırladaq ki, yeni Baş nazirin sələfi Devid Kemeron iyunun 23-də Britaniyada keçirilmiş referendumun nəticələrinə görə istefa verib. Referendumun nəticələrinə əsasən britaniyalıların əksəriyyəti Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasının lehinə səs verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu