İrəvandan Türkiyədəki çevriliş cəhdinə reaksiya


Rəsmi İrəvan Türkiyədəki hadisələrin inkişafını diqqətlə izləyir.

Bunu Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib.

Qeyd edək ki, ötən gün Türkiyə də dövlət çevrilişinə cəhd olub. Hadisə nəticəsində 60 nəfər ölüb, 120-dən çox insan yaralanıb. Türkiyə Silahlı Qüvvələrinin 5 generalı və 29 polkovniki məlum hadisələrə görə, vəzifəsindən azad edilərək saxlanılıb. Anadolu Agentliyi isə III Ordu Hərəkat Qərargah rəhbəri, general Ekrem Çağlar da saxlanıldığını yazıb. Bundan əlavə, Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı 754 nəfər saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu