Hava limanında yaşıl və boz pasportlular saxlanılır


Atatürk və Sabiha Gökçendə yaşıl və boz pasport sahibləri saxlanılır. Atatürk Hava limanında separatçı terror təşkilatı FHTT-nin çevriliş cəhdinə dəstək verənlərin qaçma ehtimalının qarşısını alan təhlükəsizlik tədbirləri çərçivəsində, yaşıl və boz pasport sahiblərinin ölkə çıxışlarına yalnız ətraflı araşdırmadan sonra icazə verilir. Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, dövlət çevrilişinə cəhdə dəstək verənlərin qaçma ehtimalına qarşı dünən Atatürk və Sabiha Gökçen havalimanlarında alınan təhlükəsizlik tədbirləri bu gün də davam edir.

Atatürk Hava Limanı Xarici Xəttlər Terminalında ictimai vəzifəlilərin və ailələrinin ala bildiyi yaşıl rəngli pasport ilə rəsmi vəzifəyə təyin edilənlərin boz pasportları istifadə edən sərnişinlərin kimlikləri araşdırılmaqda davam edir. Yaşıl və boz pasportlar üzərində aparılan ətraflı araşdırmalar Hava limanında uzun növbə meydana gətirir.
KKTC-nə səfər edən sərnişinlərin də şəxsiyyətləri üzərində ətraflı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu