Obama Ərdoğanla telefonda nədən danışdı?


ABŞ prezidenti Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Coj Ernest məlumat verib.

Onun sözlərinə görə, telefon danışığı bu gün səhər saatlarında baş tutub. Coj Ernest bildirib ki, Obama telefon danışığı zamanı Türkiyədə demokratik yolla seçilmiş hakimiyyəti dəstəklədiyini həmkarı Ərdoğanın diqqətinə çatdırıb.

Obama hərbi çevriliş cəhdi ilə bağlı aparılan araşdırmalarda Türkiyədə istənilən dəstəyi verməyə hazır olduğunu bildirib.

Telefon danışığı zamanı Fətullah Gülənin ekstradisiyası məsələsi də müzakirə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu