Türkmənistan da Konstitusiyasını dəyişir


Sentyabrın 14-də Ağsaqqallar Şurasının iclasında Aşqabadda Türkmənistanın yeni konstitusiyası qəbul ediləcək.

İclasın tarixi barədə sərəncamı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıb.

Bildirilir ki, toplantıda Türkmənistan Məclisinin üzvləri, o cümlədən, bütün idarəetmə orqanlarının nümayəndələri iştirak edəcək və yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı səsvermə keçiriləcək.

Hazırki konstitusiya ilə yeni layihə arasında əsas fərq prezidentlik müddətinin 5 ildən 7 ilədək uzadılmasıdır. Həmçinin prezidentlik üçün yaş senzinin götürülmasi də təklif olunur. (Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu