Putinlə Ərdoğan Rusiyada görüşəcək


Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüşün tarixi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O bildirib ki, hər iki ölkə başçısı avqust ayının ilk 10 günü ərzində Rusiyada bir araya gələcək.

Peskov “Bu görüşün avqustun ilk 10 günlüyündə və Rusiya Federasiyasında təşkil olunacağı barədə razılaşdıq. Lakin şəhər və tarix dəqiq məlum deyil”,-deyib.

Peskov Putinlə Ərdoğanın Bakıda görüşəcəyi ilə bağlı xəbəri təkzib edib və bir daha qeyd edib ki, görüş Rusiyada baş tutacaq: "Bakıda isə Azərbaycan, İran və Rusiya prezidentləri bir araya gələcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu