Tramp Ərdoğana dəstək verdi


ABŞ prezidentliyinə namizəd Donald Tramp Türkiyədə baş tutan hərbi çevriliş cəhdindən danışıb.

AzVision.az “The New York Times”a istinadən xəbər verir ki, Tramp prezident Rəcəb Tayyib Ərdoğanın çevrilişi yatırtmaq üçün atdığı addımı yüksək qiymətləndirib.

“Mən bu addımı yüksək dəyərləndirirəm. Bəzi insanlar deyirlər ki, çevriliş cəhdi Türkiyə hakimiyyətinin öz planıdır. Lakin mən belə düşünmürəm”,-deyə Tramp bildirib.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbçilər tərəfindən dövlət çevrilişinə cəhd olunub. Hadisə nəticəsində 208 nəfər ölüb, 1491 nəfər yaralanıb.

Məlum hadisədən sonra bütün dünyanın diqqəti Türkiyəyə yönəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu