Yerevanda qiyamçıların qohumlarının həbsləri başlayıb


Yerevanda qiyamçıların zəbt etdikləri polis idarəsinin binasından bu gün son girovları sərbəst buraxmalarından sonra onların yaxınlarının həbsləri başlayıb.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, «Təsis parlamenti» ictimai təşkilatının fəalı Ani Navasardyan kütləvi iğtişaşlara çağırışda şübhəli bilinərək saxlanılıb. Xatırladaq ki, iyulun 20-də Ermənistan paytaxtında polislə nümayişçilər arasında qarşıdurma olmuşdu.

«Navasardyan ifadə verməkdən imtina edib», - vəklil Stepan Voskanyan jurnalistlərə belə deyib.

Qeyd olunur ki, Navasardyan silahlı qrupun üzvlərindən biri Smbat Barsegyanın dayısı qızıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu