Fransada kilsəyə hücum: Ölən və yaralılar var (YENİLƏNİB)


Fransanın şimalında kilsədəkiləri girov götürən iki nəfər zərərsizləşdirilib.

AzVision.az `RİA Novosti`-yə istinadən xəbər verir ki, bu barədə Fransa polisi məlumat yayıb.

İlkin məlumatlara görə, girovlardan biri - kilsə keşişi qətlə yetirilib, daha bir girov isə yaralanıb.

***
13:04

Fransanın şimal-qərbində yerləşən Sent-Etyen-dyu-Ruvr kontonun Ruvr şəhərində naməlum şəxslər kilsəyə hücum edib.

AzVision.az Fransa KİV-nə istinadən xəbər verir ki, bıçaqla silahlanan iki naməlum şəxs kilsəyə daxil olaraq, orada ibadət edən insanları girov götürüb.

İlkin məlumata görə, 6 nəfərin girov götürüldüyü bildirilir.

Hazırda hadisə yerinə xeyli sayda polis cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu