Türkiyə prezidenti yenə Baş Qərargah rəisi ilə görüşdü


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar arasında görüş başlayıb.

"Report"un "Haberturk"ə istinadən verdiyi məlumata görə, Beştəpədəki prezident iqamətgahında keçirilən görüşdə ölkənin baş naziri Binəli Yıldırım da iştirak edir.

Xatırladaq ki, bu, çevriliş cəhdindən sora Ərdoğanın Baş Qərargah rəisi ilə ikinci görüşüdür.

Onu da qeyd edək ki, sabah Çankaya köşkündə Türkiyə Ali Hərbi Şurasının (YAŞ) toplantısı keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu