Türkiyədə 2 ordu generalının qəfil istefası
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, quru qoşunların komandanlığının qərargah rəisi, ordu generalı İhsan Uyar və EDOK (Tədris və Doktrina Komandanlığı) komandanı, ordu generalı Kamil Başoğlu Silahlı Qüvvələrdən istefa veriblər. Onların istefasının səbəbləri açıqlanmır. Lakin şaiyələrə görə president Ərdoğan və Baş qərargah rəisi Hulusi Akar onların yerinə növbədənkənar təyinat həyata keçirilməsini qərarlaşdırıb, nəticədə generallar istefa ərizəsi yazıblar.