Türkiyədə 18 mindən çox FETÖ-çu tutulub


Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində 18 044 nəfər saxlanılıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əfqan Ala deyib. Onun sözlərinə görə, iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi və FETÖ təşkilatının fəaliyyəti ilə bağlı bu günədək saxlanılan şəxslərin 9 min 677-si məhkəmə qərarı ilə həbs edilib.

Nazir həmçinin əlavə edib ki, 49 min 211 nəfərin pasportunun etibarlılığına xitam verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu