Leysan yağışları 41 insanın ölümünə səbəb olub


Hindistanda güclü leysan yağışları nəticəsində ən azı 41 nəfər ölüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, 9 nəfər Mumbay yaxınlığında, 32 nəfər isə Orissa ştatında aramsız yağışların yaratdığı daşqınlar və yaxud şimşək çaxmasından ölüb.

Son həftə hava şəraiti ilə əlaqədar Hindistanın cənub və şərq bölgələrindən 50 minədək insan təxliyə edilib, əkin sahələrinə ciddi ziyan dəyib, 3 minədək yaşayış evi qəzalı vəziyyətə düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu