İrəvanın mərkəzində mitinq keçirildi


İrəvanın mərkəzindəki Azadlıq meydanında polis alayının binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyası keçirilib.

Mitinqə “Təsis parlamenti” hərəkatının üzvü Arutyun Aslamazyan rəhbərlik edib. O, çıxışında silahlı qrupun üzvlərinin tezliklə azad olunacaqlarına və yenidən mübarizəyə qatılacaqlarına ümid etdiyini bildirib.

O əlavə edib ki, mitinq planlı şəkildə keçirilmir və istəyən şəxs mikrofona yaxınlaşaraq çıxış edə bilər.

Çıxış edən “Missiya” partiyasının nümayəndəsi Manuk Sukiasyan “İrs” partiyasının sədr müavini Armen Martirosyan, partiya üzvü David Sanasaryan və politoloq Andrias Qukasyanın həbsinin təfərrüatlarını açıqlayıb.

Müxalifətçi “Təsis parlamenti” hərəkatının üzvləri Jirayr Sefilyan və Alek Yeniqomşyanın azadlığa buraxılmasını tələb edərək müddətsiz aclıq aksiyası elan edib.(APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu