Türkiyədə növbəti terror aktı: 2 ölü, 1 yaralı


Türkiyədə növbəti terror aktı törədilib.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, hadisə Şırnak şəhərinin Beytüşşebap rayonunda baş verib.
Məlumata görə, bü gün səhər saatlarında kənd mühafizəçiləri növbə çəkdikləri əraziyə gedərkən PKK terrorçuları əvvəlcədən yerləşdirdiyi minanı partladıblar.
Nəticədə eyni ailədən İdris Aslan və Recep Aslan hadisə yerində həlak olub, Fesih Aslan da yaralanıb. Beytüşşebap Dövlət Xəstəxanasına aparılan F.Aslan ilkin müdaxilədən sonra helikopterlə Şırnak hərbi hospitalına gətirilib.
Terrorçuların zərərsizləşdirilməsi üçün havadan da dəstək verilməklə antiterror əməliyyatı başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu