Rusiya Ukraynaya ordu yeritmək hədəsini yenidən gündəmə gətirir


Rusiya Dövlət Dumasındakı “Ədalətli Rusiya” fraksiyası prezident Putini Ukraynaya yenidən ordu yeritməklə bağlı səlahiyyətləndirmək istəyir.

Afn.az Arqumentı i Faktı nəşrinə istinadən xəbər verir ki, sözügedən fraksiya ABŞ-ın Ukraynaya letal silahla kömək edəcəyi təqdirdə, Rusiya Federasiyası prezidentinə qonşu ölkəyə ordu yeritməklə bağlı səlahiyyətlər vermək istəyir ki, bu məsələdə ləngimələr olmasın.
“Eserlər” fraksiyasının sədr müavini bəyan edib ki, Ukraynaya letal silahlar göndərilərsə, Rusiya utanıb-çəkinmədən yaraqlıları dəstəkləməlidir, həm də prezidentə bu ölkəyə qoşun göndərməklə bağlı səlahiyyətlər verilməlidir. O deyib ki, bu halda Rusiya hakimiyyəti qəti hərəkət etməlidir. “Biz Ukraynada antirus, rusofob hakimiyyət tərəfindən başdan ayağacan silahlandırılmış və Rusiyaya qarşı hazırlanmış beynəlxalq yaraqlıların yaradılmasına imkan verə bilmərik”, - deputat vurğulayıb.
Qeyd edək ki, ABŞ Konqresi martın 23-də Ukraynaya silah göndərilməsinə razılıq verən qətnamə qəbul edib. Qətnamədə deyilir ki, bu qərar “ukrayna xalqına öz suverenliyini müdafiə etməkdə kömək edəcək”.

Rafiq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu