Rusiya Ukraynaya zenit-raketlərini yerləşdirir


Rusiya Donbasa zenit-raket kompleksləri yerləşdirir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski söyləyib.

Onun sözlərinə görə, Donbasa zenit-raket komplekslərinin idarə edilməsi üçün göndəriləcək diviziya Rostovda təlim görüb. O, həmin şəxslərin sənədlərinin yox edildiyini bildirib. Skibitski Donbasda yerləşdiriləcək zenit-raket diviziyasının tərkibində 168 hərbçi, 21 zenit-raket kompleksi və 30 avtomobilin olduğunu söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu