Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb


Qəzanın baş vermə səbəbi məlum deyil.

Türkiyənin Tekirdağ bölgəsinin Çorlu rayonunda təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
"Report" NTV telekanalına istinadən xəbər verir ki, təyyarə Çorlu hava limanından təlim uçuşu etdikdən sonra Ahimehmet kəndi yaxınlığına düşüb.
Qəzanın baş vermə səbəbi məlum deyil.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu