Çanaqqala boğazında rus hərbi gəmisi göründü


Bu gün Rusiya hərbi donanmasının kəşfiyyat gəmisi Türkiyənin Çanaqqala (Dardanel) boğazını keçərək Aralıq dənizinə doğru yol alıb.

Avropa.info xəbər verir ki, “Kildin” kəşfiyyat gəmisi bu səhər Mərmərə dənizində Çanaqqala boğazına daxil olub. Sahil Təhlükəsizliyi katerlərinin müşayiəti ilə hərəkət edən gəmi Çanaqqala şəhidlərinin xatirəsinə qoyulmuş “Dur Yolcu” abidəsinin qarşısından keçib.

Hərbi gəminin Rusiyanın Aralıq dənizi sahilində yerləşən Suriyadakı bazasına gedəcəyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu