İsrail aviasiyası Suriya ordusunun mövqelərini atəşə tutub


İsrail aviasiyası Suriya ordusunun artilleriya mövqelərini atəşə tutub.

"RİA Novosti" xəbər verir ki, bundan əvvəl İsrailin nəzarətindəki Qolan yüksəkliyinə Suriya ərazisindən raket düşüb.

Bununla belə, İsrail hərbçiləri Suriya ərazisindən atılan mərminin qəsdən və yaxud təsadüfən düşdüyü barədə açıqlama vermirlər.

“İsrail Hərbi-Hava Qüvvələri Suriyanın Qolan yüksəkliyindəki artilleriya qurğusunu atəşə tutub”, - İsrail ordusunun mətbuat xidməti bildirib.

Hər iki hadisə zamanı ölən və zərərçəkənlərin olması barədə məlumat verilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu